...

YARAT! Müasir İncəsənət Məkanı “İndi” layihəsi çərçivəsində növbəti art-gecə keçirir

Mədəniyyət Materials 8 May 2013 10:04 (UTC +04:00)
Mayın 9-da “ÜNS” teatrının yaradıcı səhnəsində, müxtəlif incəsənət nümayəndələrini bir araya yığmaq məqsədi güdən, təcrübi xarakterli “İndi” layihəsi çərçivəsində növbəti art-gecə keçiriləcək.
YARAT! Müasir İncəsənət Məkanı “İndi” layihəsi çərçivəsində növbəti art-gecə keçirir

Azərbaycan, Bakı, 8 may /Trend Life/

Mayın 9-da "ÜNS" teatrının yaradıcı səhnəsində, müxtəlif incəsənət nümayəndələrini bir araya yığmaq məqsədi güdən, təcrübi xarakterli "İndi" layihəsi çərçivəsində növbəti art-gecə keçiriləcək.

Çox şadıq ki, YARAT! Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan "İndi" layihəsi artıq beynəlxalq statusa malikdir. Bu dəfə sizə gənc misirli musiqiçi və rəssam Salam Yusrinin işini və onun "Xor" adlı layihəsini təqdim edəcəyik. Müəllif bir həftə ərzində bir-birini yalnız bu ilin mayın 2-də tanıyacaq insanlardan ibarət möhkəm bir kollektiv yaratmalı olacaq.

Layihənin unikallığı ondadır ki, burada hər hansı musiqi alətində ifa etməyi bacaran yaxud da ümumiyyətlə musiqi və vokal bacarığına malik olmayan istənilən yaşda şəxslər və peşə nümayəndələri iştirak edə bilərlər. Məşğul olduğunuz işdən asılı olmayaraq "Xor" sizə özünüzü kəşf etməkdə, səhnə utancaqlığı və qorxusu kimi hisslərə qalib gəlməkdə, gizlin yaradıcı bacarığınızı üzə çıxartmaqda kömək edəcək. Həmçinin "Xor" sizə kollektivin bir hissəsi olmağı, fikir və hisslərinizi musiqi və improvizə vasitəsi ilə ifadə etməyi öyrədəcək.

"Xor" haqqında ideya Qahirədə yaranmış, daha sonra böyük uğurla İsgəndəriyyədə, Ammanda, Beyrutda, Londonda, Münhendə, Berlində, Parisdə və İstanbulda həyata keçirilmişdir. Bakıdakı layihə mayın 2-i və 10-u arasında keçirilən bir həftəlik master-klassın nəticəsi olacaq.

Layihə "Bank Technique"in sponsorluğu altında həyata keçirilir.

Təqdimat saat 19:00-da keçiriləcək.

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti