...

Azərbaycan ilə Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Mədəniyyət Materials 4 Sentyabr 2013 15:21 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreya Respublikasının "Arirang" Televiziya və Radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib.
Azərbaycan ilə Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreya Respublikasının "Arirang" Televiziya və Radio şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, görüşdə "Arirang" Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-inn də iştirak ediblər.

Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, Koreya və Azərbaycanın mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mədiada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ə.Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xəttlə inkişaf edir. Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilib və bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayıb.

Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.

Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti