Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir M.Əliyev/
Məşhur türkiyəli müğənni Mustafa Ceceli Bakının görməli yerlərini gəzib. Trend-in məlumatına görə, sənətçi Bakıya valeh olduğunu gizlətməyib.
Bakıda konsert proqramı ilə çıxış edəcək M.Ceceli azərbaycanlı müğənni Röya Ayxanın oxuduğu, sözləri Cəlal Qurbanov, musiqisi Ramala məxsus "Gizli sevgi" mahnısını da ifa edəcək.
Qeyd edək ki, M.Ceceli oktyabrın 11-də Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.
Xatırladaq ki, M.Ceceli sentyabrın 22-də Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnirdə də öz mahnılarını oxuyub.