...

Bakıda Böyük Britaniyanın teatr şirkətinin tamaşası nümayiş olunacaq

Mədəniyyət Materials 7 Oktyabr 2013 14:55 (UTC +04:00)
Bakıda Böyük Britaniyanın “1927” teatr şirkətinin ifasında tamaşa təqdim ediləcək.
Bakıda Böyük Britaniyanın teatr şirkətinin tamaşası nümayiş olunacaq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda Böyük Britaniyanın "1927" teatr şirkətinin ifasında tamaşa təqdim ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Böyük Britaniyanın "1927" teatr şirkətinin ifasında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası təqdim olunacaq. Tamaşa British Council-ın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nümayiş etdiriləcək. Tamaşa "1927" Teatr Şirkətinin aktyorları tərəfindən oktyabrın 8-də saat 12:00-da Park Bulvar AVM-də yerləşən Tusi Bohm Planitariumda təqdim olunacaq.

Qeyd edək ki, Britaniya teatrının çoxsaylı mükafatlara layiq görülmüş "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası 11 oktyabr tarixində saat 19:00 və 12 oktyabr tarixində saat 14:00 və 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq. "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb. Tamaşa bütün iri teatr festivallarında və Bermingemdən tutmuş Pekinə qədər bütün dünya teatrlarında nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti