Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
"Fire land"şirkətinin təşkilatçılığı Heydər Əliyev Sarayında oktyabrın 11-də keçiriləcək məşhur türk ifaçısı Mustafa Cecelinin konsertinə maraq böyük olduğundan biletlərin satışı daha öncədən başa çatıb. Konsertlə bağlı Trend-in Mərkəzləşdirilmiş Satış məntəqələrindən aldığı məlumata görə, konsertə bir dənə də olsun bilet qalmayıb.
Qeyd edək ki, sabah saat 20.00-da başlanacaq konsertdə M.Ceceli azərbaycanlı müğənni Röya Ayxanın oxuduğu, sözləri Cəlal Qurbanov, musiqisi Ramala məxsus "Gizli sevgi" mahnısını da ifa edəcək. Bundan başqa "Natiq" Ritm Qrupunun iştirakı ilə möhtəşəm şounun olacağı gözlənilir.
Xatırladaq ki, bir müddət öncə M.Ceceli Bakıda olub. Həmin vaxt M.Ceceli mətbuata açıqlamasında bildirmişdi ki, Bakı çox gözəl şəhərdir və bura onun çox xoşuna gəlir. Məşhur müğənni hətta Bakıda ev almaq istəyini də gizlətməmişdir.
Mustafa Cecelinin konsertinə maraq böyük olduğundan kassalarda bilet qalmayıb
“Fire land”in prodakşının təşkilatçılığı Heydər Əliyev Sarayında oktyabrın 11-də keçiriləcək məşhur türk ifaçısı Mustafa Cecelinin konsertinə maraq böyük olduğundan biletlərin satışı daha öncədən başa çatıb.
