...

"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2013 14:55 (UTC +04:00)
Türkiyəli müğənni Mustafa Cecelinin Heydər Əliyev Sarayında baş tutan konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Türkiyəli müğənni Mustafa Cecelinin Heydər Əliyev Sarayında baş tutan konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Trend-in məlumatına görə, "ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə İlham Əliyevin Prezident seçkilərində qələbəsinə həsr olunmuş "Sən azərbaycanlısan" adlı konsertdə türkiyəli sənətçi səhnəyə çıxmazdan öncə xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın çıxışı dinlənilib.

Daha sonra sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus olan "Sən azərbaycanlısan" mahnısının klipinin təqdimat mərasimi baş tutub və səhnədə milli rəqs qrupu çıxış edib.

Daha sonra Mustafa Ceceli tamaşaçıların qarşısına çıxıb. Bir çox mahnıları səsləndirən sənətçi, həmçinin konsert müddətində musiqi alətlərində də ifa edib. Mustafa Cecelinin Azərbaycan xalq mahnısı "Tar kamanım" mahnısını ifa etməsi isə gurultulu alqışlarla qarşılanıb.

Konsertdə Mustafa Ceceli azərbaycanlı müğənni Röya Ayxanın oxuduğu, sözləri Cəlal Qurbanova, musiqisi Ramala məxsus "Gizli sevgi" mahnısını da ifa edib.

Konsert zamanı Mustafa Ceceli bildirib ki, Bakı çox gözəl şəhərdir və bura onun çox xoşuna gəlir.

Konsert bu gün 20:30-da AzTV-də göstəriləcək.

Konsertin sonunda "Sən azərbaycanlısan" mahnısı xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova, xalq artistləri Fidan və Xuraman Qasımova bacıları, xalq artisti Zülfiyyə Xanbabayevanın ifalarında sintez edilərək tamaşaçılara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti