...

Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər

Mədəniyyət Materials 22 Noyabr 2013 17:41 (UTC +04:00)
Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər.
Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə də qeyd edəcəklər.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də ənənəvi olaraq şotlandlar Bakı şəhərində Müqəddəs Endryu Gününü qeyd edəcəklər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi, Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu İçərişəhərdə bayram yürüşü keçirəcəklər. Noyabrın 23-də İçərişəhərdə şotland ab-havası yaşanacaq.

Şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu Gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Tuluq zurnaçılarının nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edərək Qız Qalasının yanında başa çatacaq. Sonda Qız Qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunacaq.

Qeyd edək ki, Şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. Bu, şotlandların milli bayramıdır. Şotlandiyadan musiqiçilər bu günü qeyd etmək üçün Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti