...

Məşhur səyahətçi-bloqer Pol Stil Azərbaycanın Şirvanşahlar Sarayı barədə yazır (FOTO)

Mədəniyyət Materials 30 Dekabr 2013 13:00 (UTC +04:00)
Məşhur britaniyalı səyahətçi-bloqer Pol Stil Azərbaycanın möhtəşəm tarixi tikilisi Şirvanşahlar Sarayı barədə öz bloqunda məqalə dərc edib.
Məşhur səyahətçi-bloqer Pol Stil Azərbaycanın Şirvanşahlar Sarayı barədə yazır (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Məşhur britaniyalı səyahətçi-bloqer Pol Stil Azərbaycanın möhtəşəm tarixi tikilisi Şirvanşahlar Sarayı barədə öz bloqunda məqalə dərc edib.

Bloqerin sözlərinə görə, o, Azərbaycana sonuncu səfəri zamanı İçərişəhəri gəzib. P.Stil bildirib ki, Azərbaycana hər səfərində qədim divarlar içindəki bu möhtəşəm ərazini gəlib görməyə çalışır.

Bloqer Bakının tarixi özəyi olan İçərişəhərin ən yüksək təpəsi üzərində yerləşən Şirvanşahlar Sarayına səfər edib və öz bloqunda sarayın möhtəşəm fotolarını paylaşıb.

Bloqer yazıb ki, Sarayın həyətinə daxil olan zaman müasir şəhərin arxasından yüksələn qədim şəhərdəki evlərin gözəl mənzərəsini görmək olur.

P.Stil Şirvanşahlar dövlətinin tarixi barədə də məlumat verib. O, qeyd edib ki, Şirvanşahlar müasir Azərbaycanda yerləşən Şirvan şəhərinə hökmdarlıq ediblər. P.Stil qeyd edib ki, Şirvanşahların qədim paytaxtı olan Şamaxıda böyük zəlzələlər baş verdiyi üçün 15-ci əsrin əvvəllərində Şirvanşahlar dövlətinin hökmdarı I İbrahim paytaxtı Bakıya köçürmək qərarına gəlib və sarayı tikdirməyə başlayıb.

P.Stil bildirib ki, saray öz dövründə daha da möhtəşəm olub: "Əsas binanın üzərində günbəzlər, hər yerdə kitabələr, böyük otaqlara aparan qapı girişləri var".

Bloqer burada Şirvanşah I Xəlilullahın anası və oğlu üçün tikdirdiyi türbə barədə də məlumat verib.

O, həmçinin bildirib ki, 1501-ci ildə Səfəvilər buranı tutublar və Şirvanşahlar sülaləsinə son qoyulub: "Biz şanslıyıq ki, Şirvanşahlar Sarayı kimi görməli bir yer var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti