...

Aktyor Azər Mirzəyev vəfat edib

Mədəniyyət Materials 19 İyul 2014 12:24
Əməkdar artist, aktyor Azər Mirzəyev vəfat edib.
Aktyor Azər Mirzəyev vəfat edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Əməkdar artist, aktyor Azər Mirzəyev vəfat edib.

Trend-in məlumatına görə, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti