...

Şəfiqə Məmmədova: "Kinolarımıza çəkilən aktyor və aktrisalar milli olmalıdır"

Mədəniyyət Materials 24 Sentyabr 2014 16:20 (UTC +04:00)
Azərbaycan kinosunu inkişaf etdirmək, onu yenidən dirçəltmək, həmçinin, Azərbaycan kinosunu dünyaya təqdim etmək, beynəlxalq festivallarda nümayiş etdirmək üçün güclü kino məktəbi olmalıdır.
Şəfiqə Məmmədova: "Kinolarımıza çəkilən aktyor və aktrisalar milli olmalıdır"

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan kinosunu inkişaf etdirmək, onu yenidən dirçəltmək, həmçinin Azərbaycan kinosunu dünyaya təqdim etmək, beynəlxalq festivallarda nümayiş etdirmək üçün güclü kino məktəbi olmalıdır".

Trend xəbər verir ki, bunu xalq artisti Şəfiqə Məmmədova Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kinematoqrafiya haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.

Xalq artısti bildirib ki, istedad və istedadlı aktyorlarla yanaşı, Azərbaycan kinosunu irəliyə aparmaq üçün peşəkar, savadlı rejissorlar, operatorlar, ssenaristlər də olmalıdır: "İş təkcə istedadla bitmir, həm də peşəkar, savadlı mütəxəssislərimiz olmalıdır. Bunun üçün də Azərbaycanda mütləq və mütləq güclü kino məktəbi yaradılmalıdır. Bu gün beynəlxalq festivallar da tələb edir ki, ora təqdim olunan filmlər, kinolar milli olsun. Yəni bizim filmlərimizə, kinolarımıza çəkilən aktyor və aktrisalar da milli olmalıdır, rejissorlar da milli olmalıdır. Aktyorlar başqa dillərdə yox, yalnız Azərbaycan dilində danışmalıdır. Bir sözlə, tərcüməçi, dublyaj olmamalıdır".

Ş.Məmmədova təəssüflə bildirib ki, hazırda ölkədə peşəkarların, savadlı kino mütəxəssislərinin sayı getdikcə azalır: "Bunun aradan qaldırılması üçün də Azərbaycanda milli kino məktəbi olmalı, yaradılmalıdır. Yoxsa Azərbaycan kinosunun gələcək inkişafından söhbət gedə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti