...

Estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək (FOTO)

Mədəniyyət Materials 15 Dekabr 2014 16:48 (UTC +04:00)
2014-cü il dekabrın 16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.
Estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

2014-cü il dekabrın 16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, orkestrin və solistlərin ifasında gözəl əsərlər, məşhurlaşan və sevilən mahnılar səslənəcək. Orkestrin bədii rəhbəri tanınmış pianoçu-bəstəkar, əməkdar artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir.

Bu konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Nazirlər Kabinetinin Qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində estrada-simfonik orkestri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti