...

Elnarə "Avaz"la türk xalqlarına səsləndi (FOTO)

Mədəniyyət Materials 13 Fevral 2015 19:14 (UTC +04:00)
Bakıda "TRT Avaz" telekanalının hazırladığı "Avaz" layihəsi çərçivəsində "Avaz" adlı tanıtım videosunun çəkilişləri olub.
Elnarə "Avaz"la türk xalqlarına səsləndi (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bakıda "TRT Avaz" telekanalının hazırladığı "Avaz" layihəsi çərçivəsində "Avaz" adlı tanıtım videosunun çəkilişləri olub.

Trend-ə verilən məlumata görə, Türk dünyasının birliyini əks etdirən mahnıda hər bir türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni E.Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.

Çəkilişlər Qız Qalası, Şirvanşahlar Sarayı, Karvansaray, Qobustan, Atəşgah məbədi, Alov Qüllələri, Şəhidlər xiyabanı, Dağüstü Park və başqa məkanlarda aparılıb.

"Avaz" tanıtım videosu Novruz bayramı ərəfəsindən başlayaraq bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radiokanallarında səslənəcək.

Tanıtım videosunu Ali Çiçek və Ahmet Sabuncu lentə alır. Bosniyada çəkilişlərə yekun vurub Azərbaycana gələn yaradıcı heyət Türkmənistana yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti