...

Paytaxtda Novruz şənliyinə hazırlıq yekunlaşır (FOTO)

Mədəniyyət Materials 17 Mart 2015 15:10 (UTC +04:00)
Budəfəki Novruz tədbirində bir sıra yeniliklər də olacaq.
Paytaxtda Novruz şənliyinə hazırlıq yekunlaşır (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Hər il olduğu kimi, bu il də mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklor tariximizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı geniş qeyd olunacaq. Ənənəvi olaraq martın 19-da paytaxtda Novruzla bağlı ümumxalq şənliyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək bayram mərasiminə Azərbaycanın 30-a yaxın bölgəsi də öz bayram sovqatları, mədəni irsi, bar-bərəkəti, mətbəxi ilə qatılacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 17-də Novruz tədbirinin növbəti məşqi keçirilib.

Bayram şənliyi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən başlayaraq bulvar boyunca davam edəcək. Qız Qalasının yanından başlanacaq mərasimin proqramı maraqlı görüntülərlə yadda qalacaq. Novruz personajları Kosa və Keçəlin iştirakı ilə səhnəciklər, müxtəlif mədəniyyət təşkilatları - teatrlar, musiqi kollektivləri, tanınmış incəsənət ustaları, folklor qrupları, aşıqların çıxışları tədbiri izləyənlərə əsl bayram ovqatı bəxş edəcək.

Budəfəki Novruz tədbirində bir sıra yeniliklər də olacaq.

Bu il iyunun 12-dən 28-dək ilk dəfə Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarının təbliği münasibətilə bulvar boyunca müxtəlif səhnələr nümayiş etdiriləcək. Gənclər və İdman Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi çərçivəsində ölkəmizin idman federasiyalarını təmsil edən stendlər quraşdırılacaq və idmançılar bu stendlərdə öz bacarıqlarını göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti