...

"Ümummilli lider Heydər Əliyev ədəbiyyatımızı Azərbaycanın böyük milli sərvəti hesab edirdi" (FOTO)

Mədəniyyət Materials 7 May 2015 12:04 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsində ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.
"Ümummilli lider Heydər Əliyev ədəbiyyatımızı Azərbaycanın böyük milli sərvəti hesab edirdi" (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsində ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Trend-in məlumatına görə, AYB-nin Gəncə bölməsinin sədri Xəzangül ulu öndərin keçdiyi çətin və şərəfli ömür yolu, ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi böyük qayğı barədə geniş və hərtərəfli məlumat verdi. Onun sözlərinə görə, Ulu Öndər ədəbiyyatımızı Azərbaycanın böyük milli sərvəti hesab edirdi: "Ümumilli liderimiz Heydər Əliyev təkcə daxili və xarici siyasətdə gözlənilməz gedişləri ilə tərəf müqabilini heyrətə salan, diplomatik uğurları ilə şöhrətlənən dövlət başçısı deyil, həm də xalqın yaratdığı mənəvi dəyərlərə qayğı göstərən, onları qoruyub saxlayan və zənginləşdirən dahi bir şəxsiyyətdir. Heydər Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verirdi. Yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi Ulu Öndəri prioritet fəaliyyətlərindən biri idi. Bu gün də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən yazıçılara, şairlərə, ümumiyyətlə yaradıcı insanlara xüsusi qayğı göstərilir".

Sonra şair və yazıçılardan Qərib Mehdi, Aləmzər Əlizadə, Sahib İbrahimli, Ramiz Təmkin, Maya Tağıyeva və başqaları öz çıxışlarında Heydər Əliyevin əvəzedilməz şəxsiyyət və xalqımızın xilaskarı olduğunu xüsusi vurğuladılar və ulu öndərə həsr etdikləri şeirlərini oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti