...

Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında (FOTO)

Mədəniyyət Materials 4 İyun 2015 17:54 (UTC +04:00)
Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında təmsil olunub.
Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Norveçdə keçirilən mədəniyyət festivalında təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Norveçin paytaxtı Oslo şəhərində ənənəvi olaraq hər il təşkil olunan "Saqene" Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunub. Müxtəlif ölkələrin peşəkar və həvəskar musiqiçilərinin, incəsənət ustalarının, aşpazlarının qatıldığı festivalda artıq 5-ci dəfədir ki, Norveç Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi də iştirak edir. Festivalın açılışında Saqene bələdiyyəsinin sədri Helqe Stoltenberqin Norveç Azərbaycan Gənclər Təşkilatının fəaliyyətini və festivalın keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Festivalda Azərbaycan tarixi, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Bakı-2015 I Avropa Oyunlarına dair məlumatlandırıcı broşür, jurnal və kitabçalar nümayiş etdirilib, iştirakçılara paylanılıb. Festivalın musiqili hissəsində isə Oslo Musiqi Akademiyasının tələbəsi Nigar Qafarova milli musiqimizdən nümunələr ifa edib.

Festivaldan sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Norveçin ikinci böyük şəhəri Berqendə Azərbaycan xalq musiqisi konserti keçirilib. Dünya şöhrətli Norveç bəstəkarı Edvarq Qriqin adını daşıyan Akademiyanın Qunnar Seviqs zalında baş tutan konsertdə "Muğam" instrumental ansamblı milli musiqimiz, muğamlarımızdan ibarət proqramla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti