...

Mədəniyyət nazirləri 7-ci Qlobal Forumda iştirak edəcəklər

Mədəniyyət Materials 21 Aprel 2016 17:27 (UTC +04:00)
Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.
Mədəniyyət nazirləri 7-ci Qlobal Forumda iştirak edəcəklər

Bakı. Trend:

Aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti