...

7-ci Qlobal Forumda bir sıra ölkələrin Dövlət katibləri iştirak edəcək

Mədəniyyət Materials 25 Aprel 2016 09:01
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda bir sıra ölkələrin Dövlət katibləri iştirak edəcək.
7-ci Qlobal Forumda bir sıra ölkələrin Dövlət katibləri iştirak edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Dövlət Katibi Doktor Mikola Ferenc, Rumıniya Xarici işlər Nazirliyində Dövlət Katibi Daniela Anda Grigore Gitman, Argentina Respublikasının Xarici İşlər Nazirliyində Səfir və Xarici Əlaqələr Katibi Karlos Foradori, Latviya Xarici İşlər Nazirliyində Parlament Katibi Zanda Kalnina Lukasevica, Oman Ali Məhkəməsinin Elm və Mədəniyyət Mərkəzi "Sultan Qaboos"un baş katibi Habib Al Riyami, Estoniyanın Xarici İşlər Nazirliyində Siyasi məsələlər üzrə katibin müavini Killike Sillaste Ellinq, İtaliya Mədəniyyət Nazirliyinin Katibinin müavini, Filippinin Prezident Administrasiyasında İcraçı Katibin müavini Alberto Bernardo, Malayziyanın Xarici işlər Nazirinin Katibinin müavini Sarah Nava Rani BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Qeyd edək ki, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir. Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.

Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumunun rəsmi media tərəfdaşlarıdır. Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcəkdir.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti