...

Fəxrəddin Manafov və Qalina Polskix 33 ildən sonra Bakıda görüşdülər (FOTO)

Mədəniyyət Materials 4 May 2016 17:28 (UTC +04:00)
33 ildən sonra tanınmış aktyorlar Fəxrəddin Manafov və Qalina Polskix Bakıda Heydər Əliyev Sarayının kulisi arxasında görüşüblər.
Fəxrəddin Manafov və Qalina Polskix 33 ildən sonra Bakıda görüşdülər (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

33 ildən sonra tanınmış aktyorlar Fəxrəddin Manafov və Qalina Polskix Bakıda Heydər Əliyev Sarayının kulisi arxasında görüşüblər.

Trend-in məlumatına görə, bununla da Heydər Əliyev Sarayı rusiyalı aktrisa üçün bu sürprizi təşkil edib.

Hər iki aktyor 1983-cü ildə tanınmış rejissor Rasim Ocaqovun "Park" filmində rol alıblar.

Görüş zamanı aktyorlar mehriban şəkildə söhbət ediblər və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Q.Polskixin ilk əri azərbaycanlı rejissor Faiq Həsənov olub. O, 1965-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti