...

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib (FOTO)

Mədəniyyət Materials 7 İyun 2016 15:29 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Tvinninq layihəsi çərçivəsində görüş keçirib.
İdarədən Trend-ə verilən məlumata görə, 2016-2017-ci illərdə italiyalı ekspertlərlə birgə "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi həyata keçirilir.

İyulun 07-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov Tvinninq layihəsininin yerli müşaviri Alessandro Bianki və layihə ekspertləri Miçela Diodato, Elisa Petruçi ilə görüşüb.

Görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı V.Zeynalov layihənin əhəmiyyəti və potensialını yüksək qiymətləndirib, onun uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsində, mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirib.

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, paytaxt Bakıda görülən işlərdə xüsusi həssaslıq göstəriləcəyini bildirib.

Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdir. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti