...

“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib

Mədəniyyət Materials 15 Sentyabr 2016 17:02 (UTC +04:00)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Asan School” könüllülük proqramının “Yaşıl Asan” təşəbbüsü və “Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib.
“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib

Bakı. Trend:

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Asan School” könüllülük proqramının “Yaşıl Asan” təşəbbüsü və “Asan Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib.

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən Trend-ə verilən məlumata görə, müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər. Rəsmlər təbiət mənzərələrini əks etdirməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini JPG və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.

Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir.

Həmçinin sərgilənən rəsm əsərlərinin Azərbaycan Rəssamlıq Akademiyasının qalereyasında və online formada xeyriyyə məqsədilə satışı həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti