...

“Fəvvarələr" meydanında açıq havada konsert olacaq

Mədəniyyət Materials 17 Sentyabr 2016 16:31 (UTC +04:00)
Sabah Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsi münasibətilə açıq hava konserti təşkil olunacaq.
“Fəvvarələr" meydanında açıq havada konsert olacaq

Bakı. Trend:

Sabah Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsi münasibətilə açıq hava konserti təşkil olunacaq.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakıda ilk dəfə olaraq “Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə şəhərin mərkəzində - “Fəvvarələr" meydanında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği, eləcə şəhər sakinlərinin istirahət günlərində asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaq.

Nəzərdə tutulmuş proqrama əsasən konsertdə dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adigözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhbrətli əsərlərindən parçalar səsləndirəcək.

Eyni zamanda “Avropa İrs Günləri"nin konsepsiyasına uyğun olaraq, klassik Avropa bəstəkar musiqilərinin tanıdılması məqsədilə Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcək. Drijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə, bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcək.

Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

Konsert saat 15:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti