...

Dünya layihəsində yerli ulduzlarımız mübarizə aparır

Mədəniyyət Materials 26 Oktyabr 2016 19:08 (UTC +04:00)
Beynəlxalq mükafatlandırılma mərasiminə namizəd olmaq üçün qeydiyyat başladı.
Dünya layihəsində yerli ulduzlarımız mübarizə aparır

Bakı. Trend:

Azərbaycanda “Most Fashionable Awards Ceremony” beynəlxalq mükafatladırılma layihəsinə bir həftədir ki, start verilib.

Layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyevin Trend-ə verdiyi məlumata görə, dünya layihəsində yerli ulduzlarlarımız- mədəniiyət və incəsənət nümayəndələri, aktyorlar, stilistlər , media işçiləri , modellər, iş adamları, dizaynerlər və idmançılarımız yarışır: "Ötən ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçrilən WBC-nin layihəsi olan "Most Fashionable Awards Ceremony"yə Azərbaycan da qatılıb. Layihə Azərbaycanla yanaşı 10-a yaxın ölkədə də eyni gündə, eyni saatda keçiriləcək. Bu il onların sırasına Rumıniya və Birləşmiş Ərəb Əmirlikləri də qatılıb. Bu isə o deməkdir ki, eyni zamanda, Inna, Alexandra Stan, Paula Seling, Akcent və s. dünya və Avropa ulduzları məhz "Most Fashionable Awards Ceremony" mükaflandırılma mərasimində iştirak edəcəklər".

Təşkilatçının sözlərinə görə “World Beauty Congress”in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılar, iki ay səsvermədə iştirak edir. Birinci turda sosial media üzərindən səsvermə yolu ilə il ərzində qazandığı uğur və nəticələrinə görə seçilir. İkinci turda hər biri öz kateqoriyasında ən çox səs toplamış 5 iştirakçı Top 5 statusu alaraq, finala vəsiqə qazanır və yenidən səsvermədə iştirak edir. Bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə təltiflər olacaq. Layihənin jüri heyətində isə WBC-nin prezidenti, Avropa, Asiya, Amerika, Afrika üzrə regional rəhbərləri və Azərbaycan üzrə rəhbəri olacaq. Diplom və təltiflər Avropdan birbaşa göndəriləcək və WBC prezidenti tərəfindən təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti