...

“Rəqs edən milyonçu” DJ Canluka Vakki Bakıda şou proqramla çıxış edəcək

Mədəniyyət Materials 14 Aprel 2017 17:28 (UTC +04:00)
Bakı Şopinq Festivalının sürprizləri davam edir.
“Rəqs edən milyonçu” DJ Canluka Vakki Bakıda şou proqramla çıxış edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şopinq Festivalının sürprizləri davam edir.

Bakılıları və şəhərimizin qonaqlarını öz DJ proqramına səsləyən Canluka Vakki möhtəşəm repertuarı ilə indiyədək görülməmiş şou vəd edir.

Hər kəsin səbirsizliklə gözlədiyi Canluka Vakki mayın 6-da məhz Bakıda, Elektra hollda DJ proqramı ilə çıxış edəcək. İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşmış Canluka Vakkinin çıxışının şahid olmaq üçün fürsəti əldən verməyin!

Biletlərin sayı məhduddur! Dünya şöhrətli milyonçunun çıxışını canlı izləmək və əylənmək üçün xarici ölkələrdən turistlər artıq bilet sifarişlərinə başlayıblar. Buna görə də biletlərin qısa zamanda tükənəcəyi dəqiqdir. Elektra hollun kassalarına yaxınlaşıb möhtəşəm Canluka Vakki şousunun canlı şahidi olmaq fürsətini əldən verməyin!

Ünvana çatdırılmaqla, bilet sifariş etmək istəyirsinizsə, 050-501-00-80 mobil nömrəsinə zəng edə bilərsiniz. Bu gün zəng edin ki, sabah biletsiz qalmayasınız!

Alovlu rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakkinin Bakı Şopinq Festivalı çərçivəsində çıxışı onun Bakıdakı izləyiciləri üçün böyük hədiyyə olacaq.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti