...

Fəvvarələr Meydanında "Odlar ölkəsi" konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 28 İyun 2017 12:14 (UTC +04:00)
Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Odlar ölkəsi” adlı estrada ifaçılarının konserti keçirilib.
Fəvvarələr Meydanında "Odlar ölkəsi" konserti keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 25-də Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Odlar ölkəsi” adlı estrada ifaçılarının konserti keçirilib.

Trend-in məlumatına görə, proqramda gənc ifaçılar Sərxan Cəfərov, Şövgi Əmrahov, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilov, Şəfiqə Abbasova, Sevinc Cavadova, Ayla Şiriyeva, Safa Eldar, Fərəh Həsənzadə, Şeyda Ələsgərova, İradə Musayeva, Emin İsmayılov, Səbinə Əsgərova və başqaları çıxış ediblər.

Layihənin rəhbəri Emin Həsənovun dediyinə görə, konsert "Formula 1" Azərbaycan Gran Prisinə dəstək məqsədi ilə keçirilib. Bu, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yarış iştirakçılarına dəstəyi, tamaşaçılara isə kiçik bir töhfəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti