...

Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı (VİDEO)

Mədəniyyət Materials 25 Oktyabr 2017 14:18 (UTC +04:00)
Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.
Patti Ostinin Bakı konsertinin repertuarı açıqlandı (VİDEO)

Bakı. Trend:

Tanınmış amerikalı caz ifaçısı, "Qremmi" mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

P.Ostin "cazın birinci ledisi" Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi "For Ella" albomundan kompoziyaları ifa edəcək.

Caz həvəskarları konsertdə "Too Close For Comfort", "Honeysuckle Rose", "You’ll Have To Swing It", "Our Love Is Here To Stay", "A Tisket A Tasket", "Miss Otis Regrets", "The Man I Love", "Hearing Ella Sing" və digər hitləri dinləyə biləcəklər.

Konsertdə P.Ostini caz triosu müşayiət edəcək.

Qeyd edək ki, 2017-ci il dünyada Ella Fitzceraldın 100 illiyi qeyd edilir və P.Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti