...

Məşhur aktrisa vəfat edib

Mədəniyyət Materials 26 Dekabr 2017 03:27 (UTC +04:00)
Kanadalı aktrisa Xezer Menzis-Urix 69 yaşında vəfat edib
Məşhur aktrisa vəfat edib

Bakı. Trend:

Kanadalı aktrisa Xezer Menzis-Urix 69 yaşında vəfat edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, son illərdə aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib.

Menzis-Urixin filmoqrafiyasına onlarla film daxildir, amma çoxları onu "Musiqi səsləri" filmində əsas rolu canlandıran aktrisa kimi xatırlayır.

"Musiqi səsləri" müziklinin premyerası 1959-cu ildə Brodveydə keçirilib.

Daha sonra, "20th Century Fox" studiyası bu musiqili tamaşa əsasında "Oskar" mükafatına layiq görülmüş və büdcəsi 6 milyon dollar olan film çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti