...

Mahnı Teatrında incəsənət müsabiqəsi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2018 20:34 (UTC +04:00)
Yanvarın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ümid 2018” adlı incəsənət müsabiqəsi keçiriləcək.
Mahnı Teatrında incəsənət müsabiqəsi keçiriləcək (FOTO)

Bakı. Trend:

Yanvarın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ümid 2018” adlı incəsənət müsabiqəsi keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər İttifaqı (AGİ) hər kəsi bu incəsənət yarışında iştiraka dəvət edir.

AGİ sədr müavini Əziz Əzizov deyib: “Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları gözlənilir”.

“Ümid 2018” yarışmasında bir neçə janrda iştirakçıların çıxışları gözlənilir: folklor, klasik, estrada, incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya.

Yaş məhdudiyyəti yoxdur. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər: "baby" (4-7 yaş), "child" ( 7-10 yaş ), "junior" ( yeniyetmələr ), "adults" (böyüklər).

Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambllar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır ( bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.

Hakimlər heyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimlərindən ibarətdir.

Qeydiyyat üçün əlaqə:

[email protected]

+994557079002
+994124971236

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti