...

13 yaşlı azərbaycanlı pianoçu Almaniyada beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2018 16:58 (UTC +04:00)
13 yaşlı azərbaycanlı pianoçu Ayla Kəlbiyeva “Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq” beynəlxalq müsabiqəsinin qalibi olub
13 yaşlı azərbaycanlı pianoçu Almaniyada beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

13 yaşlı azərbaycanlı pianoçu Ayla Kəlbiyeva “Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq” beynəlxalq müsabiqəsinin qalibi olub.

Bu barədə Trend-ə Fidan Hacıyeva Musiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Ayla müsabiqədə Azərbaycanın yeganə təmsilçisi olub və 12-14 yaş kateqoriyasında birinci yeri tutub. Gənc pianoçu sentyabrda Bolqarıstanda keçiriləcək beynəlxalq müsabiqəyə dəvət alıb.

A.Kəlbiyeva Amerika Milli Konservatoriyasının musiqi şöbəsinin dekanı Tamara Poddubnının tələbəsidir. O, beş yaşından Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasında fortepiano təhsili alıb. İspaniya, İtaliya, Almaniya, Malta və ABŞ-da müxtəlif müsabiqələrdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti