...

İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 17 May 2018 16:15 (UTC +04:00)
İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.
İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 3 gün davam edən müsabiqə 3 yaş kateqoriyası üzrə təşkil olunub. Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin 1-ci yerə, yaponiyalı Yanq Şiven 2-ci yerə yiyələniblər.

Nərminə İsmayılova və Ramazan Hüseynov diplomlarla təltif olunublar.

Müsabiqə çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir neçə musiqi parçası səsləndirilib.

Qeyd edək ki, iki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə müsabiqədə 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti