...

Musiqi məktəbinin yubiley konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 29 May 2018 22:32 (UTC +04:00)
11 nömrəli musiqi məktəbinin yaranmasının 60 illik yubileyi münasibəti ilə konsert keçirilib.
Musiqi məktəbinin yubiley konserti keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura” ilə başlayıb. Sonra şagirdlərin ifasında “Heyratı” zərb muğamını, V.A. Mosartın “Seraldan qaçırılma” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı “Şirvan gözəlləməsi” əsərini, nağaraçalanlar ansamblı isə “Azərbaycan ritmləri” ni təqdim ediblər.

Məktəbin xor kollektivi C. Qerşvinin “Əl çalın” və R. Hacıyevin “Bakı haqqında mahnı”sını məharətlə ifa ediblər.

Konsertdən sonra Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Rövşən Məmmədov təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, respublika və beynəlxalq müsabiqələrdə laureatlar alan şagirdlərdən və digər əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti