...

Filarmoniyada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 31 May 2018 00:41 (UTC +04:00)
Musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirib.
Filarmoniyada Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirib.

Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov və digər nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və dirijor İlahə Hüseynovanın müşayiəti ilə şagirdlərin ifasında T.Quliyev “Görüş”, E.İbrahimova “Sən yadıma düşəndə”, C.Cahangirov “Rondo”, Ə.Abbasov “Gənclik rəqsi”, S.Ələsgərov “Vətənimdir” və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert məktəbin III sinif şagirdi Rəşad Həsənzadənin ifasında Rauf Hacıyevin “Azərbaycanım” mahnısı ilə yekunlaşıb.

Sonda Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək kollektivi təbrik edib, məktəbin şagirdlərini fəxri fərmanlarla təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti