...

“Tədris ilinin son akkordları” adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 7 İyun 2018 23:51 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi “Tədris ilinin son akkordları” adlı yekun konsertini təqdim edib.
“Tədris ilinin son akkordları” adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi “Tədris ilinin son akkordları” adlı yekun konsertini təqdim edib.

Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, məktəbin kollektivi və digər qonaqlar iştirak ediblər.

Məktəbin şagirdləri T.Quliyev “Qaytağı”, F.Əmirov “Lay-lay”, R.Mirişli “Bir könül sındırmışam”, C.Hacıyev “Ballada”, P.Falyo “Dicitencello, vuye” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Həmçinin məktəbin vokal ansamblının ifasında Azərbaycan xalq mahnısı “Laçın” və “Atəşgah”, “Cırtdan”, “Divizi”, “Renessans” xor kollektivlərinin ifasında T.Quliyev “Popuri”, G.Struve “Pestrıy kolpacok”, Y.Çiçkov “Uşaqlıq”, J.Süeney “Sunshine in my soul”, F.Sücəddinovun “Heydərlə Azərbaycanım” əsərlərini səsləndirilib.

Sonda Baş İdarənin rəisi V.Zeynalov çıxış edərək məktəbin kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, məktəbin müəllim və şagirdlərini fəxri fərmanlarla təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti