...

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

Mədəniyyət Materials 16 Avqust 2018 14:40 (UTC +04:00)
Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.
Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

Bakı. Trend:

Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgi AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək.

Sərgidə dörd Perulu rəssamın əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti