...

Azərbaycanlı aktrisalar həbs olundu? (FOTO/VİDEO)

Mədəniyyət Materials 26 Sentyabr 2018 23:20 (UTC +04:00)
Azərbaycanlı aktrisaların həbs olunması ilə bağlı fotolar yayılıb.
Azərbaycanlı aktrisalar həbs olundu? (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanlı aktrisaların həbs olunması ilə bağlı fotolar yayılıb.

Trend-in məlumatına görə, sözügedən foto "Milyonluq Quş" filminin çəkilişlərindəndir. Həmin filmdə rol alan əməkdar artist Dilarə Əliyeva və Aysel Nazim filmin bir səhnəsində polis tərəfindən yaxalanırlar.

Qeyd edek ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb. Həmçinin Arif Quliyev, Nofel Şahlaroğlu, Qurban Məsimov və Teymur Məmmədov da sözügedən filmdə çəkiliblər.

Azərbaycan filmi olan "Milyonluq Quş"un oktyabr ayının 3-ü Nizami kinoteatrında qala gecəsi baş tutacaq. Oktyabrın 4-ündən isə filmsevərlərin ixtiyarına veriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti