...

Sumqayıt Dövlət Dram Teatrı qadın əməkdaşlarını təbrik edir (FOTO)

Mədəniyyət Materials 8 Mart 2019 05:09 (UTC +04:00)
8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında toplantı keçirilib.
Sumqayıt Dövlət Dram Teatrı qadın əməkdaşlarını təbrik edir (FOTO)

Bakı. Trend:

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında toplantı keçirilib.

Teatrdan Trend-ə verilən məlumata görə, Həmkarlar Təşkilatının teatr üzrə sədri Zöhrəli Əliyev çıxışa başlayaraq ilk öncə teatrımızda çalışan xanımları təbrik edib və sözü teatrın direktoru əməkdar incəsənət xadimi Mübariz Həmidova verib.

M.Həmidov ürək sözlərini qadın kollektivimizlə bölüşərək hər zaman vətənpərvər ruhda, azərbaycançılıq məfkurəsinə sadiq, savadlı övladlar yetişdirən Azərbaycan qadınının istər tariximizdə, istər mədəniyyətimizdə, istərsə də milli mənəvi dəyərlərimizin qorunmasında mühim rolu olduğunu vurğulayıb.

Daha sonra teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov bu özəl gün münasibətilə xanımları təbrik edib. Rəhbərlik müəssisənin fəaliyyətində rolu ilan hər bir qadın işçiyə həyatında və yaradıçılığında müvəffəqiyyətlər arzulayaraq onlara teatr adından bayram hədiyyəsi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti