...

"İpək Yolu gənclərin gözü ilə" adlı sərginin açılış mərasimi keçirilib

Mədəniyyət Materials 3 May 2019 15:58 (UTC +04:00)
Mayın 2-də Bakı Konqres Mərkəzində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılış mərasimi keçirilib.
"İpək Yolu gənclərin gözü ilə" adlı sərginin açılış mərasimi keçirilib

Bakı. Trend:

Mayın 2-də Bakı Konqres Mərkəzində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər. Qeyd olunur ki, sərgi UNESCO-nun təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində çıxış edən UNESCO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.

O, Azərbaycanın tarixi İpək Yolunun ürəyi olduğunu və sərginin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək forum çərçivəsində belə bir sərginin təşkil olunmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu sərgidə İpək Yolu üzərində yerləşən ölkələr, orada yaşayan insanların həyat tərzi haqqında əyani təsəvvür yaranır.

Daha sonra çıxış edən müsabiqənin fəxri məsləhətçisi, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti İpək Yolu ölkələrindən olan gənc fotoqrafların sərgilənən fotoşəkillərindən danışıb. Vurğulayıb ki, geniş bir coğrafiyada yerləşən ərazidə xalqlar, ölkələr arasında mədəniyyət, ənənə fərqliliyi olsa da, bu sərgidə bütöv dünya sakinlərinin gözəlliyinin əks olunub. Hər kəsə sülh və savaşsız həyat arzulayıb.

Daha sonra müxtəlif ölkələrdən gələn qonaqlar şərgilənən fotoşəkillərlə daha yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti