...

Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq

Mədəniyyət Materials 23 May 2019 20:18 (UTC +04:00)
15 iyun 19:00-da "Азербайджанская Лiга Смixу" Akademik Milli Dram Teatrında rəsmi açılışı baş tutacaq
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq

Bakı. Trend:

15 iyun 19:00-da "Азербайджанская Лiга Смixу" Akademik Milli Dram Teatrında rəsmi açılışı baş tutacaq.

Trend-in məlumatına görə, festivalda 15 komanda iştirak edəcək, onlardan 10-nu layihənin ulduz məşqçiləri tərəfindən seçilərək, mövsüm oyunlarına vəsiqə qazanacaq.

Məşqçilər arasında tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova, aktyor-şoumen Azər Baxşəliyev, "Как по маслу" komandasının frontmeni və aktyoru Səməndər Rzayev, habelə, mövsüm boyunca hər oyun dəyişəcək joker-məşqçi yer tutacaqlar. Oyunun aparıcısı "Как по маслу" komandasının kapitanı Cavid Şahbazbəyov olacaq. Onuda qeyd etmək lazımdır ki, şouda dil və yaş məhdudiyyatı qoyulmayacaq. Azərbaycan və istənilən xarici dildə, 8-80 yaş arasında olan hər bir kəs qeydiyyatdan keçərək iştirak edə bilərlər.

"Азербайджанская Лiга Смixу"-nun Baş sponsoru Final Oil,təşkilatı dəstək Bakı şəhər Mədəniyyət Baş İdarəsinə məxsusdur.

Bilet almaq https://iticket.az/ru/events/concerts/liga-smekha/12194

Əlaqə nömrə: +994 51 997 10 27.

https://www.facebook.com/%D0%9A%D0%B0%D0%BA-%D0%BF%D0%BE-%D0%9C%D0%B0%D1%81%D0%BB%D1%83-351480118773285/?eid=ARBaER2630yNUux_FsdWtGOwmX5INL1FwXoI58tl0tNq1Zu-s3jG4ODwdbBzQ8tCN6n4bH6fLncrkHuz&timeline_context_item_type=intro_card_work&timeline_context_item_source=100001304706449&fref=tag

https://www.instagram.com/p/BxxaEA_AM1T/?igshid=14qoubjjza31&fbclid=IwAR3lRcf36-cF0ne5p_Gtw0RymtwNYtWg6cfyt3Yc5ubSlPqfUHdl4nWKqgE

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti