...

Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”

Mədəniyyət Materials 5 İyun 2019 02:12 (UTC +04:00)

Bakı. Trend:

50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsinə dair ölkə başçımızın imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlayıb.

Teatrdan Trend-ə verilən məlumata görə, Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin, var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə alıb.

Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş istedadlı rejissor Elşən Zeynallıya həvalə olunub. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar Artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi iyul ayının ilk həftələrində nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti