...

N saylı hərbi hissədə konsert proqramı təşkil edilib (FOTO)

Mədəniyyət Materials 2 Sentyabr 2019 13:45 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.
N saylı hərbi hissədə konsert proqramı təşkil edilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert poqramı “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşısında təqdim olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Rəsmi hissə şəxsi heyət adından çıxışlardan sonra geniş konsert proqramı ilə davam edib.

Konsertdə tanınmış müğənnilərdən Elnur Məmmədov, Günay Əzimova, Aygün Məmmədli və rəqqasə Səbinə İsmayılovanın rəhbərlik etdiyi rəqs qrupu və başqaları çıxış ediblər.

Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə əsgərlərimizin və qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri onların alqışları ilə qarşılanıb.

Rəqqasə Səbinə İsmayılovanın ifasında “Sarı gəlin” və “Qaraçı” rəqsləri isə özünəməxsusluq plastikası ilə yaddaşlarda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti