...

ETTA-dan qadınlara özəl kampaniya! (FOTO)

Mədəniyyət Materials 5 Noyabr 2019 10:53 (UTC +04:00)
Azərbaycanda qadınlar üçün nəzərdə tutulmuş kosmetologiya sahəsində ilk peşəkar onlayn alış-veriş səhifəsi olan ETTA artıq 1 ildir ki, uğurla fəaliyyət göstərir.
ETTA-dan qadınlara özəl kampaniya! (FOTO)

Bakı. Trend:

Azərbaycanda qadınlar üçün nəzərdə tutulmuş kosmetologiya sahəsində ilk peşəkar onlayn alış-veriş səhifəsi olan ETTA artıq 1 ildir ki, uğurla fəaliyyət göstərir.

www.etta.az saytına daxil olan istifadəçilər Avropanın ən tanınmış və sınanmış brendlərinə məxsus qulluq vasitələrini Avropa qiymətlərinə, lakin daha qısa müddətə əldə edə bilərlər. ETTA Avropanın Rexaline, Riche və Maxia brendlərinin ölkəmizdə rəsmi distribütorudur.

ETTA müştəri məmnuniyyətini vacib hesab edir və müştərilərinə təmənnasız 24 saat ərzində onlayn həkim-kosmetoloq məsləhəti və çatdırılma xidməti təklif edir. Beləliklə, Bakı və digər rayonların sakinləri sifariş etdikləri məhsulları məsafədən asılı olaraq 1-5 gün ərzində əldə edirlər.

Sayt qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, müştərilərin etimadını doğrultmuş və rəğbətini qazanmışdır. Müştərilər ölkəmizə ilk ETTA tərəfindən əlverişli qiymətlərə gətirilən Avropa məhsullarının keyfiyyətindən və bu məhsulların düzgün seçimində onlara dəstək olan onlayn konsultant xidmətindən məmnun qaldıqlarını vurğulayırlar.

Yenilikçi və müştəri yönümlü ETTA, daha bir yeniliyə imza atıb. Belə ki, müştərilərinə geniş alış-veriş imkanları bəxş edən sayt Birkart istifadəçiləri üçün noyabr ayının 15-dək 25%-lik endirim kampaniyasına start verib. Bundan əlavə, Birkart müştəriləri ETTA məhsullarını 12 ay faizsiz taksitlə əldə edə bilərlər.

Avropanın etibarlı, keyfiyyətli baxım və qulluq məhsullarını vaxt itirmədən, endirimli qiymətlərlə əldə etmək istəyirsinizsə, siz də ETTA-lı olmağa tələsin!

bax.etta.az/birkart-ile-ode

https://www.instagram.com/etta.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti