...

Bakıda "Viva Opera" adlı qala konsert keçiriləcək

Mədəniyyət Materials 5 Dekabr 2019 21:25 (UTC +04:00)
Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcək
Bakıda "Viva Opera" adlı qala konsert keçiriləcək

Bakı. Trend:

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcək.

Qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcəklər.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Xəbər lenti

Xəbər lenti