...

20 yanvarda “Vicdanın hökmü” nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2020 19:02 (UTC +04:00)
Sumqayıtlılar hər zaman milli özünüdərk, milli təşəkkül prosesində öncülərdən olublar.
20 yanvarda “Vicdanın hökmü” nümayiş olunacaq (FOTO)

Bakı. Trend:

Sumqayıtlılar hər zaman milli özünüdərk, milli təşəkkül prosesində öncülərdən olublar. 20 Yanvar gecəsində 3 nəfər görkəmli alimimizin olduğu avtomobil Sumqayıt Bakı yolunda tank tırtılları altında qalıb.

Hər il şəhər rəhbərliyi, ictimaiyyət Şəhidlər Xiyabanı ilə bərabər alimlərimizin də xatirə kompleksinə ziyarət edib əkili qoyurlar.

Sumqayıt Dövlət Dram Teatrı da hər zaman tarixi-mədəni irsə, xalqın taleyində önəmli rol oynamış hadisələrə, milli-mənəvi dəyərlərə özünün repertuar siyasəti ilə münasibət bildirilib.

Sumqayıt Dövlət Dram Teatrından Trend-ə verilən məlumata görə, teatrın repertuarında yer alan H.Mirələmovun “Vicdanın hökmü” əsəri 20 Yanvar faciəsinə həsr olunub. Bu il də hər il olduğu kimi 20 Yanvar ərəfəsində tamaşa bütün yaş kontingentindən olan tamaşaçılar üçün 18 yanvar saat 18də nümayış etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti