...

Mədəniyyət Mərkəzində konsert keçirilib

Mədəniyyət Materials 4 Fevral 2020 22:42 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.
Mədəniyyət Mərkəzində konsert keçirilib

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertin aparıcısı, tamaşaçıların sevimlisi Humay Muxtarova çıxış edərək gələn qonaqları salamlayaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu münasibətilə hər kəsi təbrik edən aparıcı səhnəyə müğənni Rüfət Axundovu dəvət edib. Populyar sənətçi sevilən mahnıları ilə gələn qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Konsertə qonaq qismində qatılan müğənnilər Aynur Dadaşova, Rahidə Baxışova, Türkanə, Vahidə və Elçinin çıxışları böyük rəğbətlə, alqışlara qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti