...

Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)

Mədəniyyət Materials 27 Fevral 2020 20:05 (UTC +04:00)
Acı yaşamları, qanlı günləri, sarsıntı doğuran faciələri əks etdirən tarix səhifələrindən birinin ildönümünü qarşılayırıq.
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)

Bakı. Trend:

Acı yaşamları, qanlı günləri, sarsıntı doğuran faciələri əks etdirən tarix səhifələrindən birinin ildönümünü qarşılayırıq. Xocalı faciəsi hər bir azərbaycanlının ürəyinə dağ çəkmiş müthiş gecə, insanlığın talan olduğu gündür. O gecə namərd güllələri dinc sakinlərin bağrını qan elədi. 66-cı rus motoatıcı divizyasının satın alınmış heyətinə və onun texnikasına arxalanan erməni quldurları nəinki beynəlxalq konvensiyaları ümumilikdə insanlıq qanunlarını ayaqlar altına aldılar. Yüzlərlə insan qətlə yetirildi, girov götürüldü. O gün Azərbaycan tarixinə qanla yazıldı.

Bu gün hər bir azərbaycanlı bu qanlı səhifənin gənc nəslin yaddaşında möhkəmlənməsi üçün bacardığını etməlidir. Sumqayıt Dövlət Dram Teatrının kollektivi də 26 fevral Xocalı qətliamı ilə bağlı xüsusi gün keçirdi. Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidov Qarabağ savaşının tarixinə nəzər salaraq ermənilərin saxtalıq və hiyləgərlik üstündə qurulmuş idealogiyasının mahiyyətindən danışdı və Azərbaycan prezidenti Cənab İlham Əliyevin paşinyanla dialoqunda verdiyi mükəmməl məntiqli cavabını Azərbaycaycan diplomatiyasının qələbəsi adlandırdı.

Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov da çıxışında bu qətliyamın bəşəriyyətin ən qanlı cinayəti kimi dəyərləndirdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nams Şirməmmədov tarixi günlərə həsr olunmuş tamaşaların repertuarda yer almasının zəruriliyini və bunun gənc nəslin yaddaşının möhkəmlənməsinə töhvə olduğunu söylədi. Səhnə əsərinə gəlincə isə bildirdi ki, əsərin müəllifi gələcəyə çox böyük inamla baxır. Çünki ölkəmiz sürətli inkişaf yolundadır. Ordumuz dünyanın qüdrətli orduları sırasındadır və hər kəs ən dəyərli amil olan Azərbaycan dövlətçiliyi ətrafında müqəddəs üçrəngli bayraq uğrunda birləşib.

Daha sonra görkəmli yazıçı dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirildi. Qeyd edək ki, tamaşa Qarabağ hadisələrinə həsr olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti