...

Nyu-Yorkdakı Metropoliten Muzeyi 150 illik yubileyi münasibətilə tədbir təşkil edəcək

Mədəniyyət Materials 9 Mart 2020 07:45 (UTC +04:00)
1870-ci il aprelin 13-də muzeyin əsasının qoyulması haqqında fərman imzalanıb
Nyu-Yorkdakı Metropoliten Muzeyi 150 illik yubileyi münasibətilə tədbir təşkil edəcək

Bakı. Trend:

Nyu-Yorkdakı ən böyük və Luvr, Ermitaj və Çin Milli Muzeyindən sonra dünyada dördüncü olan Metropoliten 13 apreldə 150 illik yubileyini qeyd edəcək. 1870-ci il aprelin 13-də muzeyin əsasının qoyulması haqqında fərman imzalanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tədbir şəhər hakimiyyətinin iştirakı ilə bayram tortunu kəsməklə başlayacaq.

"Parisdə Luvr, Madriddə Prado və kral kolleksiyalarından başlayan dünyanın bir çox digər böyük muzeylərindən fərqli olaraq, Metropoliten fəaliyyətini "təmiz vərəqdən" başlayıb, onun nə incəsənət əsərləri, nə də nümayiş otaqları olmayıb", - ictimaiyyətlə əlaqələr üzrə direktor Ken Ueyn deyib.

Ona görə də muzeyin bugünkü beş min ili əhatə edən yarım milyon əşyalar kolleksiyası daha da böyük görünür.

Tədbir günü sərgi zallarında musiqi konsertləri olacaq, "Emire State" göydələninin fasadı isə yubiley münasibətilə qırmızı rənglə işıqlandırılacaq.

Muzeyin tarixində dönüş nöqtələrini əks etdirən 250 əsərin ekspozisiyası artıq martın 30-da açılacaq.

Hazırda yaşayan bütün rəssamlar (Metropolitenin kolleksiyasında minədək müasir müəlliflərin işləri var) "Artists Take the Met" əyləncə gecəsinə dəvət edilir.

"Muzeyin təsisçiləri arasında rəssamlar olub, buna görə də onların müasir ardıcılları üçün bu bayramdır", - deyə K.Ueyn bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti