...

Sərgilər: Potensial dünyalar-1: Planetar xatirələr"/ "Potensial dünyalar-2: Eko-fantaziyalar (FOTO)

Mədəniyyət Materials 10 Mart 2020 17:14 (UTC +04:00)
Martın 7-də YARAT Müasir İncəsənət Məkanı, MIGROS muzeyi ilə birgə əməkdaşlıqda ekologiya mövzusunu geniş əhatə edən sərgi açılışı həyata keçirdi.
Sərgilər: Potensial dünyalar-1: Planetar xatirələr"/  "Potensial dünyalar-2: Eko-fantaziyalar (FOTO)

Bakı. Trend:

Martın 7-də YARAT Müasir İncəsənət Məkanı, MIGROS muzeyi ilə birgə əməkdaşlıqda ekologiya mövzusunu geniş əhatə edən sərgi açılışı həyata keçirdi. "Potensial Dünyalar-1: Planetar xatirələr" (7 mart – 31 may 2020-ci il) insan və təbiət arasındakı əlaqələri araşdıran sərgi əsərlərdən ibarət iki sərgidən birincisidir. Hər iki sərgidə təqdim olunan əsərlər insanın planetə təsirini öyrənir və Yer kürəsində gələcək həyatın mümkün ssenarilərini təsvir edir. Sərginin kuratorları Hayke Munder ("Migros Museum für Gegenwartskunst"un direktoru) və Suad Qarayeva-Malekidir (YARAT Müasir İncəsənət Məkanının bədii direktoru). Cari ilin may ayının sonuna kimi davam edən birinci sərgidə 16 rəssam iştirak edir: Monira əl-Qadiri, Mariya Tereza Alveş, Alberto Baraya, Ursula Bimann, Karolina Kaysedo, "Cooking Sections" dueti, Mark Dion, Mişka Henner, Rina Sayni Kallat, Kiluanji Kia Henda, Yakob Kudsk Stensen, Almagül Menlibayeva, Katya Novitskova, Tabita Rezayr, Zina Saro-Viva, Himali Sinqx Soin.

Sərginin 2-ci hissəsi, "Potensial dünyalar-2: Eko-fantaziyalar" Art Bazel Yarmarkası ərəfəsində Sürixin müxtəlif qalereyalarının həftəsonu tədbirlərində təqdim olunacaq. Adı çəkilən bu sərgi, yeni həyat və cəmiyyət formaları, eləcə də bəşəriyyətin müasir postinsan texnologiyaları dövründə oynadığı və daim dəyişən rolların spekulyativ araşdırılması ilə birinci sərgidə toxunulan məsələlər ətrafında cərəyan edir.

Yaxın gələcəkdə adı çəkilən hər iki sərgi Bakıda, YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcəkdir. Həmçinin, Bencamin H. Bratton, T.C. Demos, Suad Qarayeva-Maleki və Hayke Munder, Reza Negarestani və Yussi Parikkanın esseləri, habelə Milena Bürge, Anna Fex və Rabeya Kaçorun yazılarından ibarət nəşr də 2020-ci ilin yayında işıq üzü görəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti