...

İçərişəhərdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür (FOTO)

Mədəniyyət Materials 13 Mart 2020 20:51 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və strukturlarda, muzeylərdə koronavirusa (COVID-19) qarşı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
İçərişəhərdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür (FOTO)

Bakı. Trend:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və strukturlarda, muzeylərdə koronavirusa (COVID-19) qarşı tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Qoruğun Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün müəssisələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı, "İçərişəhər" Muzey Mərkəzinin muzeyləri (Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bakı Fotoqrafiya Evi), habelə Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-İstehsalat Bərpa Emalatxanası, Elmi-Mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzinin binalarında bu istiqamətdə tədbirlərə başlanılıb.

Mart və aprel ayları ərzində dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti