...

Bilik Fondu seçki ilə bağlı maarifləndirici tədbirlərə start verib (FOTO)

Seçki 2015 Materials 21 Oktyabr 2015 17:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı maarifləndirici tədbirlərə start verib.
Bilik Fondu seçki ilə bağlı maarifləndirici tədbirlərə start verib (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı maarifləndirici tədbirlərə start verib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində AMEA-nın İnsan Hüquqları İnstutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyevin mühazirəsi təşkil edilib.

AMİU-nun rektoru, professor Fərəh Əliyeva qonaqları salamlayaraq tədbirin məqsədi barədə tələbələrə məlumat verib. Qarşıdan gələn parlament seçkiləri barədə danışan rektor gəncləri öz seçki hüquqlarından fəal istifadə etməyə çağırıb.

Sonra Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı fondun maarifləndirici missiyasından bəhs edib.

Bildirib ki, ilk dəfə səs verəcək gənclər seçkinin vətəndaş hüquqlarının başlıca təzahürlərindən biri olduğunu dərk etməlidirlər.

AMEA-nın İnsan Hüquqları İnstutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev universitetinin 1-ci kurs tələbələrinə beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunan seçki hüququ barədə məlumat verib. Bunun cəmiyyət üçün çox böyük əhəmiyyəti olduğunu deyən natiq seçki prosesində bütöv cəmiyyətin mənafeyinin nəzərdə tutulduğunu vurğulayıb.

Mühazirədən sonra A.Vəliyev tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti