...

Bu universitetdə tyutor və laborantlar da işə müsabiqə ilə qəbul olunacaq

Gündəm Materials 6 Fevral 2018 11:57 (UTC +04:00)
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədris-köməkçi heyət, tyutorlar, laborantlar, baş laborantlar işə müsabiqə yolu ilə işə qəbul edilib.
Bu universitetdə tyutor və laborantlar da işə müsabiqə ilə qəbul olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın ali təhsil sistemində ilk dəfə olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədris-köməkçi heyət, tyutorlar, laborantlar, baş laborantlar işə müsabiqə yolu ilə işə qəbul edilib.

Trend-in məlumatına görə, bunu ADPU-nun rektoru Cəfər Cəfərov deyib.

Rektor qeyd edib ki, bu metod daha yaxşı mütəxəssislərin işə qəbul edilməsinə əlverişli şərait yaradır.

C.Cəfərovun sözlərinə görə, ADPU-da 2017-2018-ci tədris ili üçün müəllim seçimi müsabiqə yolu ilə həyata keçirilib. Müsabiqəyə çıxarılmış 114 vakant yerə 500 nəfər namizəd sənəd verib. Şəffaf və obyektiv keçirilmiş müsabiqə nəticəsində yüksək səviyyəli mütəxəssislər seçilərək onlarla 5 il müddətinə müqavilə bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti