Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar icasında qərar verilib.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.